BİRJA

28 Avqust

Gümüş, platin və palladiumda kiçik artım müşahidə olunub

28 avqust 2025-ci il tarixində dünya birjalarında qiymətli metalların qiymətləri sabit və ya cüzi artım meyli ilə qeydə alınıb.

Reuters-in məlumatına görə, qızılın spot qiyməti 3 390,27 ABŞ dolları/ons, dekabr fyuçersləri isə 3 447,40 ABŞ dolları/ons səviyyəsində formalaşıb.

  • Gümüş – 0,3% artaraq 38,72 ABŞ dolları/ons
  • Platin1 348,07 ABŞ dolları/ons
  • Palladium1 095,26 ABŞ dolları/ons

Beləliklə, qızıl qiyməti sabit qalsa da, digər qiymətli metallar cüzi artım nümayiş etdirib. İqtisadçıların fikrincə, investorlar ABŞ-da açıqlanacaq makroiqtisadi göstəriciləri gözlədikləri üçün bazarda ehtiyatlı mövqelər üstünlük təşkil edir.